"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

2 Fevral "Gənclər günü"

2 Fevral "Gənclər günü" münasibəti ilə bu gün gənclər və idman nazirliyinin kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyatər ediblər.

Daha sonra nazirliyin əməkdaşları başda nazir Azad Rəhimov olmaqla, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin yeni inzibati binasının aşılış mərasimində iştirak ediblər.

Jurnalistlərə müsahibə verən nazir Azad Rəhimov 2 fevral Gənclər günü ilə bağlı bütün Azərbaycan gənclərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir deyib ki, bu bayramı Ümummili lider Heydər Əliyev 18 il öncə gənclərə bağışlayıb və builki bayram ərəfəsində gənclər üçün növbəti böyük hədiyyə isə Prezident İlham Əliyev tərəfindən verilib:

“Belə ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edildi.

Qarşıdakı 10 ili əhatə edən bu mühüm sənəd bütün gənclər üçün əsas istiqamətverici mahiyyət daşıyır.

Hər il bu sənədin müxtəlif bəndləri icra olunacaq. Bununla da Azərbaycan gənclərinin aktivliyi daha da artacaq, onların hər bir sahədə yeni uğurlar əldə etməsinə stimul verəcək”, - deyə A.Rəhimov vurğulayıb
Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image