"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“İşğal altında - Ağdam”

07 oktyabr 2013-cü il tarixdə “Four seasons” mehmanxanasının “Rast” zalında “İşğal altında - Ağdam” kompyuter oyununun təqdimat mərasimi keçiriləcəkdir.

“İşğal altında - Ağdam” kompyuter oyunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.11 yarımbəndinin (Azərbaycan tarixini əks etdirən kompyuter oyunlarının hazırlanması) icrasının təmin olunması və “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzDımensıon” gənclərdən ibarət təşəbbüs qrupu tərəfindən hazırlanmışdır.

Qeyd edək ki, ilk oyun "İşğal altında -Şuşa" bir il əvvəl kompyuter oyunları həvəskarlarına təqdim edilmiş və böyük marağa səbəb olmuşdur.

“İşğal altında - Ağdam” kompyuter oyunu döyüş janrında hazırlanmış və Qarabağ müharibəsini əks etdirir. Oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdən ibarətdir. Yeni oyunda kompyuter qrafikası təkmilləşdirilmiş, xüsusi effektlərdən istifadə edilmişdir. Oyunun qrafikası Qarabağın, həmçinin Ağdam şəhərinin real görüntüləri üzərində qurulmuşdur. Şəhərin görüntüləri 2 zaman kəsiyində - işğaldan öncə və işğaldan sonra göstərilmişdir.

Bu oyun ölkəmizin tarixini öyrənməyə imkan yaradacaq, gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərəcəkdir.

Yaxın zamanlarda oyunu isgalaltinda.com saytından vəwww.facebook.com/AzDimension sosial səhifəsindən yükləmək mümkün olacaq.

Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image