"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Aktivəmsə varam

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.9 yarımbəndinin (Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi) icrası məqsədilə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən Zərdab rayonunda "Aktivəmsə varam" adlı layihənin icrasına başlayıb.

Layihənin məqsədi gənclər arasında könüllülük hərəkatının təbliğ olunması, könüllülərin şəbəkəsinin yaradılması və onların bilik və bacarıqlarının artırılması yolu ilə aktiv fəaliyyətlərinin təmin olunmasından ibarətdir.

Layihə zamanı təlimlər, seminarlar və praktik fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.

Belə ki, orta məktəblərdə şagirdlər üçün maarifləndirici seminarlar təşkil olunacaq, 20 nəfər könüllüdən ibarət “Könüllü Gənclər Klubu” yaradılacaq və onlara 2 günlük təlimlər keçiriləcəkdir. Təlimlərdə “könüllülük nədir”, “könüllülüyün tarixi”, “Könüllü Fəaliyyəti Haqqında Azərbaycan Respublikasının Qanunu”, “könüllülüklə bağlı beynəlxalq təcrübə”, “könüllülüyün cəmiyyətin inkişafına tövhəsi”, “könüllülüyün gənclərin inkişafında və karyerasında uğuru”, “Sosial Xidmlət haqqında Azərbaycan Respublikasının Qanunun”, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında biliklər veriləcəkdir. Təlimlər interaktiv metodla aparılacaq və qeyri-formal və interaktiv təlim üsulları, təqdimatlar, qrup işləri, müzakirələr, iştirakçılarla və mütəxəssislərlə fikir mübadiləsi və təqdimatlar olacaq, könüllü kimi təcrübəsi olan gənclərin uğur hekayələri bölüşüləcəkdir.

Könüllülərlə ƏSMM-n sosial işçilərinin, Gənclər və İdman İdarələrinin, Qızıl Aypara cəmiyyətinin nümayəndələrinin görüşləri təşkil olunacaq, həmin təşkilatların fəaliyyətləri ilə tanışlıq və gələcəkdə onların işlərinə cəlb edilməsi işləri həyata keçiriləcəkdir.

Könüllü Gənclər Klubu iştirakçılarının seçilməsi motivasiya əsasında seçiləcəklər, bunun üçün ali təhsil alan, yüksək nitq qabiliyyətinə malik, təlimlərə hazırlıq və təşkili məsələlərində özünə güvənən gənclər http://gdib.org/form/ saytında qeydiyyatdan keçərək iştirak edəcəklər.

Təlim keçmiş Könüllü Gənclər Klubu (KGK) məktəblərdə seminarların keçirilməsində iştirak edəcəklər. Seminarlarda təlim keçmiş könüllülər öz biliklərini məktəbli gənclərə verməyə çalışacaqlar.

Praktik fəaliyyətdə Könüllü Gənclər Klubunun könüllüləri iştirak edəcəkdir. Onlar kimsəsiz qocaların müəyən edilməsi və kimsəsiz qocaların birgünlük işinə yardım göstərilməsi kimi könüllülük fəaliyyəti göstərəcəklər. Bundan başqa təşkilatın işlərində könüllü vəzifələrin icrasını həyata keçirəcəklər.