"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Gənclər və İdman nazirliyi və BMT arasında anlaşma memorandumu imzalandı

Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olan Gənclər və idman naziri Azad Rəhimov və Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmisi Maher Naseer Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və BMT arasında Anlaşma Memorandumunu imzaladılar.

Memorandum çərçivəsində Nazirlik və BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi arasında əlaqələrin genişləndirilməsi və inkişafı nəzərdə tutulub.

İmzalanma mərasimindən sonra Azad Rəhimov BMT radiosuna müsahibə verərək, Azərbaycan dövlət gənclər siyasəti modeli və BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi ilə əməkdaşlıq perspektivləri haqqında danışıb.

Qeyd edək ki, "Gənclər ilə və gənclər üçün işi" 5 əsas prioritetlərdən biri kimi elan edən BMT Baş katibi Ban Ki-mun dünya dövlətlərinə müraciət edərək Gənclər üzrə Elçisini və onun fəaliyyətini dəstəkləməyə çağırıb. Bununla da, Azərbaycan höküməti bu çağırışa cavab verən ilk dövlətlərdən biri oldu.

Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image