"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

"Tarixin canlı səhifələri" Atəşgah məbədi

Tarixi rekonstruksiya formatında təşkil edilən festivalın əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını özlərinin oynayacağı kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani olaraq çatdırmaq və ən əsası isə onlara Odlar Yurdu kimi tanınan Azərbaycan-vətən sevgisini aşılamaqdır.Qeyd etmək lazımdır ki, bu formatda “ Tarixin canlı səhifələri” adlı layihə aprel ayı ərəfəsində Azərbaycanın dilbər güşəsi sayılan Şəki şəhərində keçirilmişdir.

Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image

Festival orta əsrlərdən günümüzə qədər olan tarixi dövrü,qəhrəmanlıqları ilə tarixə iz salmış Azərbaycan qadınlarının –massagetlərin hökmdarı Tomrisin, türbəsi üzərində yazıldığı kimi “dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu” Möminə xatunun, bir vaxtlar ona təhvil verilmiş Naxşıvanı ədalətlə idarə etmiş, hakim olduğu ərazidə insanların arzu və şikayətləri ilə yaxından maraqlanmış, Məhəmməd Cahan Pəhləvanın çox dəyərli qızı olan Cəlaliyyə, Ağqoyunlular dövlətinin daxili və xarici siyasətini idarə edən görkəmli diplomat və dövlət xadimi Sara xatunun, Quba xanı Fətəli xanın döyüşdə öldürüldüyü haqda olan şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamış Tuti Bikənin, xatunun qəhrəmanlıqlarla dolu həyatları tələbə və aktyorlar tərəfindən canlandırılmışdır.Eyni zamanda, Festival çərçivəsində o dövrə xas olan mədəniyyət, məişət və ənənələr də geniş şəkildə təqdim olunmuşdur.

Qeyd edək ki, festival Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.7 yarımbəndini icra etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmişdir.