"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Region gəncləri arasında sağlam həyat tərzi təbliğ olunur

«Azad Həmfikirlər» Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 6.6.3 yarımbəndinin (Sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi) icarsı məqsdilə “Regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzinin təbliği və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi” adlı layihə həyata keçirir.

Layihənin məqsədi gənclər arasında məhsuldar əmək, əməyin və istirahətin rasional rejimi, zərərli adətlərin aradan qaldırılması, optimal hərəkət rejimi, şəxsi gigiyena, möhkəmlənmə, rasional qidalanmanın təblığı, İİV və hepatit B,C ilə bağlı problemlərdən qaçılması ilə bağlı biliklərin aşılanması, gənclərdə zərərli vərdişlərdən uzaq sağlam həyat tərzinin normal daimi həyat tərzi olmasına çevrilməsidir.

Layihənin Şəmkirdə keçirilməsi planlaşdırılıb. Layihə çərçivəsində həkimlər, hüquqşünaslar cəlb edilməklə yuxarı sinif şagirdləri və gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, İİV və hepatit B,C ilə bağlı seminarların keçirilməsi nəzərdə tutulub. Seminarılarda paylanması üçün sağlam həyat tərzi və reproduktiv sağlamlıq, İİV və hepatit B,C ilə bağlı büroşuraların hazırlanacaqdır.