"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“Azərbaybaycan İncəsənəti” - uşaq və gənclər üçün ensiklopedik məlumat kitabının ingilis dili versiyasının II cildi işıq üzü gördü


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən “Azərbaycan İncəsənəti - uşaq və gənclər üçün ensiklopedik məlumat kitabı”nın ingilis dili versiyasının 2 - cildi nəşr olunub.

Kitabın ingilis dilində nəşr edilməsində məqsəd Azərbaycanda və xaricdə yaşayan soydaş uşaq və gənclərimizin zəngin Azər¬baycan incəsənəti barədə maarifləndirilməsi, xaricdə Azərbaycan mədəniyyətinin təbliğ olunmasına tövhə verilməsi, xaricdə yaşayan soydaş uşaq və gənclər arsında vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsi, xaricdə Azərbaycan və Azərbaycan mədəniyyəti haqqında İnformasiya çatışmazlığının aradan qaldırılmasına tövhə verilməsidir.

Xatırladırıq ki, 2010-2011- ci illərdə kitabın Azərbaycan dilində 3 cildi çap olunmuşdu. Ötən il kitabın ingilis dili versiyasının 1 ci cildi işıq üzü görüb.

26 dekabr 2013 - cü il, saat 11: 00-da Kempinski Hotel Badamdar, Qəbələ Banket zalında kitabın təqdimat mərasimi (ünvan: 1C Badamdar, M. Müşfiq küçəsi, AZ 1006, Bakı, Azərbaycan) keçiriləcəkdir.Təqdimat mərasimində rəsmi şəxslər, Azərbaycanda fəaliyyər göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, yaradıcı insanlar, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, itabın məsləhətçisi akademik Ömər Eldarov, redaksiya heyətinin rəhbəri əməkdar incəsənət xadimi Ziyadxan Əliyevdir. Kitab İngilis dilinə Səadət İbrahimova tərəfindən tərcümə edilib. Kitabın ingilis dili redaktoru İan Peart-dir.