"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“Tələbə baharı”

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən hər il tələbələr arasında müxtəlif səpgili olimpiadalar, yarışlar, müsabiqələr, festivallar keçirilir. Belə müsabiqələrdən biri də 2006-cı ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il böyük maraqla keçirilən “Tələbə baharı”“Tələbə baharı” Festivalıdır.

Məlumat üçün bildirmək istərdik ki, 2009-cu ildə Eurovision mahnı Festivalında Azərbaycanı fəxrlə təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə bir dəfə və 2011-cidə “Eurovision” mahnı Festivalında Azərbaycana möhtəşəm qələbəni - birinciliyi bəxş edən, bütün Avropanı Azərbaycana gətirən Eldar Qasımov "Tələbə baharı" Festivalının üç dəfə iştirakçısı və qalibi olmuşlar.

Festivalın keçirilməsində məqsəd, tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarını səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Bu il 2-3 aprel tarixlərində Festivalın seçim mərhələləri keçirilmişdir. Seçim turlarında 15-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiylar üzrə öz istedadlarını ən mükəmməl şəkildə nümayiş etdirmişlər. 28 may tarixində isə Azərbaycanın dilbər guşələrindən olan Quba rayonunda Festivalın Qala konserti keçirilmişdir.

Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image