"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

"Gənc Baxış" İnternet Jurnalistikası adlı layihə yekunlaşmışdır

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc Baxış” İnternet Jurnalistikası adlı layihə uğurla yekunlaşrmışdır.
Layihənin məqsədi gənclərin internet jurnalistikasi və yeni media sahəsində bilik və bacarıqlarını artırmaq, Azərbaycanda ictimai, sosial və mədəni sahədə olan inkişafı və yenilikləri gənclərin gözü ilə dəyərləndirilməni təmin etmək və ümumilikdə gəncləri internet jurnalistikası və yeni media texnalogiyalarından yaralanmasına yardım etmək idi.

Layihənin ünvanlandığı əsas əhali qrupu Bakı şəhərində müxtəlif universitetlərdə təhsil alan tələbələr və ictimai fəal gənclər olmuşdur. Layihə çərçivəsində 20-26 noyabr 2013-cü il tarixlərdə Bakı şəhərində “Gənclər və Yeni Media” adlı İnternet Jurnalistikası mözusunda təlim təşkil olunmuşdur. Təlim bütövlükdə iştirakçıların təcrübəsinə əsaslanaraq qarşılıqlı öyrənmə və mübadilə şəklində təşkil edilmişdir. Fəal iştirak, təqdimatlar, yeni mediya texnalogiyalarının öyrənilməsi, internet jurnalistika fəaliyyətləri, mühazirə, qruplarla iş, qrup və komanda işi, iştirakçılarla və mütəxəssislərlə fikir mübadiləsi təlimin əsas metodologiyası olmuşdur.

Təlimin iştirakçılarına Gənclər və İdman Nazirliyi – yeni imkanlar, Dövlət gənclər siyasətinin gənclərin inkişafında rolu, internet jurnalistikası, yeni media, sosial media, sosial şəbəkələr, veb bloq, bloqerlik, flaşmob və s. mövzular haqqında geniş məlumat verilmişdir. Təlimin sonunda fərqlənən iştirakçılara şəhadətnamə təqdim olunmuşdur. Düşünürük ki, həyata keçirilən layihə gənclərin informasiya və kommunikasiya texnalogiyaları, internet jurnalistikası, o cümlədən yeni media sahəsində bilik və bacarıqlarını artırılmasında və gənclərin beynəlxlaq aləmə inteqrasiya olunmasına lazımi töhfə vermişdir.

Layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.11 yarımbəndinin (İnternet jurnalistikası üzrə təlimlərin təşkili) icrasını əhatə etmişdir.

Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image