"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 14-də Beyləqan rayonunda vətəndaşları qəbul edəcək

Gənclər və İdman naziri cənab Azad Rəhimov tərəfindən cari ilin oktyabr ayının 14-də Beyləqan rayonunda vətəndaşların qəbulu keçiriləcək. Qəbulda Beyləqan, İmişli, Ağcabədi, və Biləsuvar rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11-00-da Beyləqan rayonu, Heydər Əliyev prospekti 3-də yerləşən Heydər Əliyev Mərkəzində başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşların 13 oktyabr 2013-cü il tarixinədək saat 09.00-dan 18.00-dək aşağıda qeyd olunmuş rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamaları xahiş olunur: