"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Uğurumuz – biliyimizdə və bacarığımızdadır


"Gələcəyə İnamlı Gənclər" İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbayacan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.7 yarımbəndinin (Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması) icrası məqsədilə 19 - 27 oktyabr 2013-cü il tarixlərdə “Uğurumuz – biliyimizdə və bacarığımızdadır" adlı layihə həyata keçirmişdir.

Layihənin əsas məqsədi ölkəmizin region gənclərinə insanın peşəkar və şəxsiyyət kimi formalaşması istiqamətində vacib amilləri, informasiya texnologiyalarını, iş üçün müraciət qaydalarını, iş axtarma üsullarını və hər bir gəncin müasir dünyada uğur qazanması üçün bilməli olduğu digər mühüm bacarıqları, o cümlədən təşkilatlanma, liderlik və s. inkişaf etdirmək və bu sahədə bilikləri artırmaqdan ibarətdir.

Layihə çərçivəsindəbir sıra işlər görülmüş, o cümlədən region gənclərinin iştirakı ilə Bakı şəhərində 19 – 27 oktyabr 2013-cü il tarixlərdə təlim-tədris kursları keçirilmişdir. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Kursların daha maraqlı və dolğun keçməsi məqsədilə ekspertlər, millət vəkili, Gənclər və İdman Nazirliyinin müxtəlif sahələrdən nümayəndələri dəvət olunmuşlar. Bundan əlavə, kurslar zamanı işıqlandırılan mövzulara dair buklet ve broşürlər hazırlanıb iştirakçılara paylanmışdır.