"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Zərdab rayon komandası “Cəsurlar” hərbi-idman və turizm oyununun qalibi oldu

25-26 aprel 2014-cü il tarixlərdə “Cəsurlar” hərbi-idman və turizm oyununun respublika final yarışı keçirildi. Final yarışına 9 zona üzrə keçirilən birinciliklərdən 19 komanda vəsiqə qazanmışdı. İlk olaraq yarış iştirakçıları aprelin 25-də saat 16.00-da Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanının ziyarət ediblər.

Daha sonra komandalar Novxanı qəsəbəsində yerləşən “Akva Park” İstirahət Mərkəzində yerləşmiş və onlar üçün təşkil edilmiş konsert proqramına baxmışlar.

Aprelin 26-da saat 9.00-da iştirakçı komandalar Cəmşid Naxçıvanski adına Hərbi Liseydə C.Naxçıvanskinin abidəsini ziyarət etdikdən sonra, saat 10.00-da final yarışının açılış mərasiminə başlamışlar. Açılışda Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov, Gənclər və İdman Nazirlıiyinin şöbə müdiri İndira Hacıyeva, Təhsil Nazirliyinin şöbə müdirinin müavini Vasif Məmmədov, millət vəkili Qənirə Paşayeva və Respublika Veteranlar Şurasının sədr müavini p-k. Cəlil Xəlilov çıxış edərək iştirakçı komandalara tövsiyyələrini vermiş və onlara uğurlar arzulamışdır. Açılışdan sonra komandalar “Sıra hazırlığı” da daxil olmaqla 8 mərhələ üzrə öz güclərini sınamışlar.

Hakimlər heyətinin qərarına əsasən I yerə Zərdab rayon komandası, II yerə Xətai rayon komandası, III yerə isə Ordubad rayon komandası layiq görülmüşdür. Qaliblər və ayrı-ayrı mərhələlərdə fərqlənən komandalar Gənclər və İdman Nazirliyi və digər qurumlar tərəfindən “Fəxri Fərman”la və hədiyyələrlə mükafatlandırılmışdır.


Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image