"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitiyasına ictimai dəstək.

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi "Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitiyasına ictimai dəstək" adlı layihənin icrasına başlamışdır. Layihə carı ilin dekabr ayının 1-dən başlayaraq 2015-ci ilin fevralın sonuna qədər davam edəcək.

Layihənin əsas məqsədi çəzaçəkmə müəsssələrindən azadlığa çıxmış gənclərin sosial adaptasiya prosesinə kömək etməkdir. Məqsədə çatmaq üçün təşkilat bir sıra vəzifələri müəyyən etmişdir:

• Cəzaçəkmədən azadlığa çıxmış gənclərin hüquq və vəzifələri barədə maarifləndirilməsi;
• Cəzaçəkmədən azad edilmiş gənclərin sosial problemlərinin həllinə kömək göstərilməsi;
• Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin zərərin azaldılması proqramlarına cəlb edilməsi.

Layihənin əhatə edəcəyi hədəf qrupu cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclər olacaq. Həmin qrupu müəyyən etmək üçün Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əməkdaşlıq qurulacaq və layihənin icrası zamanı 200 nəfərə yaxın cəzaçəkmə müəssisəsindən azad edilmiş gənc layihənin fəaliyyətlərinə cəlb ediləcək. Qeyd edək ki, keçmiş gənc məhbusların sosial reabilitasiya prosesini sürətləndirmək üçün vətəndaş cəmiyyəti və müvafiq dövlət qurumları arasında əməkdaşlığın gücləndiriliməsi də nəzərdə tutulur.

Layihənin məqsəd və vəzifələrinə nail olmaq üçün bir sıra fəaliyyətlərin, o cümlədən maarifləndirmə tədbirlərinin icrası və maarifləndirmə materiallarının paylanılması nəzərdə tutulur.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 fevral 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 6.6.6 (Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi) yarımbəndinin icrası məqsədilə həyata keçirilir.