"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitiyasına ictimai dəstək.

«Rezonans» Gənclərin Ictimаi Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Cəza çəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası proqramı” adı layihə həyata keçirir.

Layihənin əsas məqsədi həbsхаnаdа оlаn gənclərin yаşаyışı ilə mаrаqlаnmаq, оnlаra mənəvi dаyаq оlmаq, hüquqi yаrdım еtmək, nоrmаl həyаtlа əlаqəsini qurmаğа, məhkumluqdan sonra cəmiyyətə inteqrasiyasına yardım etməkdir. Layihə çərçivəsində cəzaçəkmə müəsissələrində (4, 5, 10, 15 və s. saylı CÇM), bir neçə regionlarda (Bakı, Gəncə, Lənкərаn, Şəki, Yevlax, Quba və Salyan) tədbirlərin keçirilməsi nəzərdə tutulub. Cəzaçəkmə müəsissələrində (4, 5, 10 saylı CÇM-də) keçirilən tədbirlərdə yaxın vaxtlarda azadlığa çıxacaq gənclər üçün məruzələr (ekspertlər Əliməmməd Nuriyev, İsmayıl Kərimov, Elvin Əliyev və s.) deyilir, azadlığa çıxdıqdan sonra sosial reabilitasiya ilə bağlı qanunvericiliyin tələbləri izah edilcək, onların normal həyata qayıdışı üçün vacib olan tədbirlər barədə məlumatlar veriləcək və sonda məhkumların mövzu ilə bağlı sualları cavablandırılacadır. Regionlarda dövlət orqanlarının, bələdiyyələrin, ictimai təşkilatların, gənclər təşkilatlarının, təhsil müəsissələrinin əməkdaşlarının və ictiami fəal insanların iştirakı ilə keçiriləcək tədbirlərdə mövzu ilə əlaqədar məruzələrin və müzakirələrin apatılması nəzərdə tutulur. Tədbirlərdə məhkumluq həyatı yaşamış gənclərin azadlığa çıxdıqdan sonra normal həyata qayıtması, onların sosial reabilitasiyası üçün vacib olan tədbirlərdən, müvafiq strukturlar qarşısında duran vəzifələrdən danışılacaq, cəmiyyətimizdə cinayətkarlığın azalması üçün atılması vacib olan addımlar barədə ətraflı müzakirələr aparılacaqdır. Bu günədək keçirilən tədbirlərdə layihə çərçivəsində hazırlanmış sosial çarx nümayiş etdirilmiş və kitab hazırlanmışdır.