"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“Azərbaycan - doğma diyarımdır” adlı vətənpərvərlik yay-istirahət düşərgəsi

İyunun 14-dən başlayaraq Quba və İsmayıllı rayonlarında, Şəki və Lənkəran şəhərlərində 14-18 yaşlı gənclər üçün yay düşərgələri fəaliyyətə başlamışdır. Düşərgələr əsasən gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təbliği, diyarşünaslığın inkişaf etdirilməsi və gənclərin yay istirahətinin, asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi ilə keçirilmişdir. 10 günlük növbələr üzrə keçirilən və iyul ayının sonlarına kimi davam edən düşərgələrin proqramına uyğun olaraq gənclər mənalı istirahət etməklə yanaşı, ərazidə yerləşən tarixi-mədəni obyektlərlə də yaxından tanış olub, müxtəlif mövzularda keçirilən mühazirələrdə, idman və stolüstü oyunlar üzrə, eyni zamanda intellektual yarışlarda, diskotekalarda, gəzintilərdə yaxından iştirak ediblər.

Cari ilin avqust ayından isə Qax rayonunda da eyniadlı düşərgələrin təşkil edilməsi nəzərdə tutulub.