"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Nazir Azad Rəhimov Fransalı həmkarı ilə görüşdü

Bu gün gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə rəsmi səfərdə olan Fransa Respublikasının qadın hüquqları, şəhər, gənclər və idman naziri xanım Najat Vallaud- Belkacemi qəbul edib.

Qonağı salamlayan Azad Rəhimov hal hazırda Azərbaycanda ilk dəfə keçirilən “Baku 2015” Avropa Olimpiya oyunlarına güclü hazırlıq işlərinin getdiyini, yeni idman qurğularının tikildiyini, bir sıra idman obyektlərinin təmir edildiyini diqqətə çatdırdı. Nazir: “Əminliklə deyə bilərəm ki, 2015-ci ildə ölkəmizə təşrif buyuracaq Fransalı idmançılar Bakıdan ən xoş xatirələrlə ayrılacaqlar. Məlumat üçün bildirim ki, yarışlarda iştirak üçün 6000-dən çox idmançı Bakı şəhərinin qonağı olacaq.”

Azad Rəhimov xüsusi ilə Azərbaycan və Fransa arasında dostluq münasibətlərinin daim inkişaf etməsini yüksək qiymətləndirdi. Nazir bildirdi ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə xanım Najat Vallaud- Belkacemin mehriban dostluq münasibətləri hər iki ölkənin idman və gənclər sahəsində daim böyük layihələrin həyata keçirilməsinə təkan olur.

Daha sonra Azad Rəhimov Gənclər və İdman nazirliyinin tarixi, fəaliyyət istiqamətləri, gənclər və idman sahəsində dövlət tərəfindən qəbul olunmuş qanunlar haqda söhbət açdı. Azad Rəhimov bir neçə gündən sonra Bakıda 95 ölkədən 1100-dən çox iştirakçının qatılacağı “Gənc alimlərin Forumu” haqda da məlumat verib, Fransanın gənc alimlərini bu layihədə aktiv olmağa çağırdı.

Fransalı nazir öz növbəsində Azad Rəhimova göstərdiyi xoş münasibət üçün təşəkkür etdi. Nazir Bakıda 2015-ci ildə keçiriləcək Olimpiya oyunları ilə maraqlandığını, idman sahəsində əməkdaşlığa daim hazır olduğunu bildirdi. Qonaq eyni zamanda tikilməkdə olan Olimpiya Mərkəzləri ilə tanış olmaqda maraqlı olduğunu diqqətə çatdırdı.