"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Gənclər arasında "Xəmsə" oyunu üzrə Finalçılar müəyyən olundu

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” nin təşəbbüsü ilə gənclər arasında “Xəmsə” oyunu üzrə çempionat həyata keçirildi.

“Xəmsə” Milli İntellektual oyunu üzrə VII Azərbaycan çempionatının birinci mərhələsi respublikanın 64 rayonunda, həmçinin qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə keçirilib və oyunlarda 600-dən artıq komanda iştirak edib.

"Xəmsə" Milli İntellektual oyunun yaradıcısı və “Gənclərin İntellektual İnkişaf Mərkəzi”nin rəhbəri Faiq Hüseynov bildirdi ki, "17-22 aprel 2014-cü il tarixləri arasında Çempionatın zona mərhələsi baş tutub. Oyunlar Göygöl, Ağdaş, Naxçıvan, Sumqayıt, Şabran, Cəlilabad, Kürdəmir, Şəki, Tərtər və Bakı şəhəri də daxil olmaqla 10 zonada keçirilib və burada öz rayonlarında ən yaxşı nəticə göstərmiş 115 komanda mübarizə aparıb. Nəticələrə əsasən final mərhələsində iştirak edəcək 32 komanda müəyyən olunub."

Zona yarışlarının nəticələrinə əsasən Gəncə-Qazax zonasından Tovuzun "Kollec", Gəncənin "R brothers", Daşkəsənin "Təkbir" və Goranboyun "Ovod" komandaları, Aran zonasından Hacıqabulun "Səfəvi", Şirvanın "Dan ulduzu", Beyləqanın "Mil" və Ağdaşın "Qırmızı göstəriş" komandaları, Naxçıvan zonasından "Lawyers", "Vətən" və "IV Roma" komandaları, Abşeron zonasından Xızının "Gilavar" və Sumqayıtın "Sumqayıt", "Avengers" komandaları,Quba-Xaçmaz zonasından Qusarın "Zəka", Qubanın "Yurd" və Siyəzənin "Citroen" komandaları, Lənkəran-Astara zonasından Lənkəranın "Güc Birlikdədir" və "Atom" və Masallının "Kripteks" komandaları, Şirvan zonasındanUcarın "O da var", İsmayıllının "İİOK" və Kürdəmirin "Paradise" komandaları, Şəki-Zaqatala zonasından Qəbələnin "Ümid", Balakənin "Talalar" və "Qriffindorf" komandaları, Qarabağ zonasından Xocalının "Qarabağ" və Xocavəndin "Oblivion" komandaları, Bakı zonasından isə "Fərq", "ADNA" , "MeqaPolis" və "BDU" komandaları Final mərhələsində iştirak hüququ qazandılar

Qeyd edək ki, Çempionatın finalı Quba şəhərində keçiriləcək. Qeyd edək ki, Quba şəhəri Gənclər və İdman Nazirliyinin keçirtdiyi online sorğuya görə “Gənclər Paytaxtı” kimi seçilmişdir.