"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Azərbaycan Gənclərinin VII Forumu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.3-cü yarımbəndini icra etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən 2-3 iyun 2014-cü il tarixlərində Azərbaycan Gənclərinin VII Forumu keçirilmişdir.

Forum çərçivəsində aşağıdakı 5 bölmə üzrə müzakirələr aparılmışdır:
Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi;
Gənclərin ictimai həyatda iştirakı və beynəlxalq əməkdaşlığı;
Gənclərin sosial inkişafı və sahibkarlıq;
Müasir gənclərin təhsil və elmin inkişafında yeri və rolu;
Yaradıcı gənclərə dəstək və ölkənin innovativ potensialı.

Forumda respublikanın bütün rayon və şəhərlərindən seçilmiş 1900 nəfər nümayəndə iştirak etmişdir.

Sonda Azərbaycan Gənclərinin VII Forumunun qətnaməsi və Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilmişdir.