"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Gədəbəy gəncləri üçün təlim keçirildi

İyulun 19-da Gədəbəy rayon gəncləri üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən “Sosial məsələlərin həllində region gənclərinin rolunun artırılması məqsədilə könüllülük fəaliyyətinin təbliği” adlı təlim keçirildi.

Gədəbəy rayon Gənclər vəİdman İdarəsinin rəis müavini Samir Vəliyev, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov, təlimçilər Babək Mikayılov, Pərviz Bəşirov, Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşları və 25 gəncin iştirak etdiyi tədbirdə maraqlı müzakirələr aparıldı, suallar cavablandırlıdı.

Könüllülük fəaliyyətinin əsas istiqamətləri, bu fəaliyyətin onlara verdiyi üstünlüklər və ümumilikdə könüllülük fəaliyyəti nəticəsində cəmiyyətə, ictimaiyyətə faydalı ola biləcək mövzular haqda müzakirələr getdi.

Sonda “Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən Gədəbəy gənclərinə təbliğat materialları və köynəklər paylanıldı.


Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image