"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“Virus hepatitlərsiz sağlam həyat” plakat müsabiqəsi
ELAN

Müsabiqə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 6.6.3 yarımbəndinin (Sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi) icrası məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilmiş “Gənclər arasında sağlamlıq maarifi: profilaktika müalicədən daha üstündür” layihəsi çərçivəsində Həkimlər və Təbib Tələbələr Birliyi tərəfindən elan edilir.

Müsabiqənin məqsədi gənclərimiz arasında virus hepatitlərinin yoluxmanın qarşısını almaq və ya yoluxma hallarında duzgün davranışları təbliğ etmək üçün aparılacaq maarif işi üçün informativ, cəlbedici plakatların hazırlanmasıdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən yaşa dolan zaman rast gəlinən ölümlərin 70%-inin səbəbi yeniyetməlik və gənclik dövründə inkişaf etdirilən yanlış davranışlardır. Yeniyetməlik və gənclik dövründə rast gəlinən əsas patologiyalara vərəm, malyariya, İİV/QİÇS, İnsan Papilloma Virusu, dəri-zöhrəvi xəstəlikləri, virus hepatitləri, bəzi anadangəlmə xroniki xəstəliklər, arzuedilməz hamiləliyin törətdiyi fəsadlar, müxtəlif digər infeksion xəstəliklər, alkoqol və narkotiklərin törətdiyi fəsadları nümunə göstərmək olar

Bu xəstəliklər içərisində təhlükəli olanlardan biri virus hepatitləridir. Virus hepatitləri insanlar arasında geniş yayılmış və bütün dünyada ictimaiyyət ona qarşı “həyacan təbili” çalmaqdadır. Aşağıda qeyd olunan faktlar Hepatit Viruslarının insanlıq üçün nə dərəcədə təhlükəli olmasını əsaslandırır:

  • Dünyada 500 milyon xroniki Hepatit C və B xəstəsi var
  • Azərbaycanda təxminən 800 000 xroniki Hepatit C və B xəstəsi var
  • Bu rəqəm İİV/QİÇS yoluxmasından 10 dəfə çoxdur
  • Planetdə hər üç nəfərdən biri bu viruslardan birinə yoluxur
  • Hepatit C və B viruları qaraciyər sirrozu, qaraciyər xərçəngi kimi təhlükəli xəstəliklər törədir
  • Bu xəsəlikdən ildə 1,5 milyon və hər 30 saniyədə isə 1 insan dünyasını dəyişir
  • Yoluxan 500 milyon insanların əksəriyyətinin bundan xəbəri yoxdur

Dünyada hər 12 nəfərdən biri xroniki Hepatit B və C virusuna yoluxmuşdur və bir çox hallarda insanlar virus daşıyıcısı olsalar da bundan xəbərləri yoxdur. Təəssüf ki, bu günə qədər xroniki Hepatit C və B xəstəliklərinə qarşı qlobal səviyyədə kifayət qədər diqqət ayrılmamışdır. Bir çox mütəxəssislər xroniki virus hepatitlərini QİÇS-dən daha qorxulu hesab edirlər.

AzerMDS 2010-ci ildən Ümumdünya Hepatit Alyansının üzvü olmuş və hər il “Mən 12-ci deyiləm” adlı kompaniya həyata keçirir. Plakat müsabiqəsi də məhz bu sahədə işlərimizi daha da genişləndirmək məqsədi daşıyır.

Müsabiqəyə təqdim edilən plakatlar qəbul edildikdən sonra Facebook vasitəsilə verilən „Like“lar və Noyabr ayı ərzində keçiriləcək Sərgidə münsiflər heyəti tərəfindən seçiləcəkdir. Odur ki, hərəsindən iki ədəd olmaqla (Facebook və Sərgi) aşağıdakı mükafatlar təsis edilmişdir:

1-ci yer: 350 AZN
2-ci yer: 250 AZN
3-cü yer: 150 AZN

Təqdim edilən plakatlar üçün tələblər: Plakatlar CDR (coreldraw) formatında olmalı, vektorla çəkilməli, rəng CMYK, DPİ 300-600, ölçüləri minimum 800x600px olmalıdır. Plakatlarda veriləcək informasiya hepatitlərin yoluxma yolları, müayinə və peyvəndə olunmağa çağrışlar öz əksini tapa bilər. Bəzi nümunələr: „Dünyada hər 12 nəfərdən biri xroniki Hepatit B və C virusuna yoluxmuşdur. Amma bəzi insanlar virus daşıyıcıları olsalar da bundan xəbərləri yoxdur. Əmin olunki, siz 12-ci deyilsiniz“, „Dünyada 500 milyon xroniki Hepatit C və B xəstəsi var. Onlardan biri olmamaq üçün virusların yoluxma yollarını bilmək və qorunmaq gərəkdir“, „Dünyada hər 12 nəfərdən biri xroniki Hepatit B və C virusuna yoluxmuşdur. 12-ci olmamaq üçün Hepatit B-yə qarşı peyvənd olunun“, „Mən 12-ci deyiləm. Dünyada 12 nəfərdən biri Hepatit virusunun daşıyıcısıdır“ və s.

Plakatlar 10.11.2013 tarixindən gec olmayaraq aşağıdakı email-ə göndərilməlidir: 12cideyilem@gmail.com

Plakatlar AzerMDS tərəfindən çap ediləcəkdir.