"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“Gənclər Hökuməti” işgüzar modelin təlimləri yekunlaşıb.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən ilk dəfə olaraq təşkil olunan “Gənclər Hökuməti” işgüzar modelinin təlimləri artıq yekunlaşıb.

Bakı, Lənkəran, Şəki və Gəncə şəhərlərindən 35 gəncin iştirak etdiyi 3 günlük təlim kursundagənclərə natiqlik, arqumentləşdirmə, nitqin quruluşu, dövlət qulluğu və qərarqəbuletmə ilə bağlı təlimlər keçirilib. Eyni zamnada gənclər təlim kursunda qruplar halında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin fəaliyyətlərində gənclərin iştirak səviyyəsini də müzakirə ediblər.

Layihənin növbəti həftəsində gənclər adıçəkilən dövlət qrumlarının iş fəaliyyəti ilə tanışlıq görüşü keçirəcək. Sonda gənclər layihənin nəticəsi olaraq “Gənclər Hökuməti” simulyasiya oyunu keçirəcəklər.

Qeyd edək ki, ölkədə ilk dəfə olaraq həyata keçirilən “Gənclər Hökuməti” modelinin əsas məqsədi Azərbaycanda gənclər arasında dövlət qulluğuna marağın artırılması, onların qərar qəbuletmə prosesinə cəlb edilməsi və “Azərbaycan-2020” mövzusunun meyarlarının gənclər arasında müzakirəsini təşkil etməkdir.Müxtəlif dövlət qurumları ilə gənclər arasında əməkdaşlığı artırmaq və onların bu qurumların fəaliyyətində yaxından iştirak etmələrini təmin etməkdə əsas vacib şərtləndəndir.

Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image