"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“Sənin hüququn”- region gənclərinin hüquqi maarifləndirilməsinə dəstək layihəsi yekunlaşmışdır.

Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Bakıda “Sənin hüququn”- region gənclərinin hüquqi maarifləndirilməsinə dəstək layihəsi çərçıvəsində təlimləri uğurla sona çatdırılmışdır.

Layihənin əsas məqsədi Bakı şəhərində region gənclərinin təhsil sahəsindəki real durumunun aşkarlanmasıdır. Layihənin əsas vəzifələrindən isə gənclərin təhsil hüquqlarına dair maarifləndirilməsi və hüquqlarının müdafiəsidir. Bu sahəyə ictimai nəzarətin gücləndirilməsi layihənin başlıca prinsipləridir.

Layihə Xəzər rayonunda həyata keçirilmişdir. Layihə çərçivəsində 17-20 fevral 2015-ci il tarixlərində maarifləndirici təlimlər keçirilmişdir. Bu təlimlərdə region gənclərinin təhsil sahəsindəki real durumu aşkarlanmış və onların həlli yolları araşdırılmışdır. Təlimlər zamanı gənclər təhsil hüquqlarına dair maarifləndirilmış, onların təhsil hüquqlarının müdafiəsi üçün təhsil informasiya, hüquqi məsləhət xidməti təşkil olunmuşdur. Layihədə 16-24 yaşlı gənclər iştirak etmişlər.