"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

İçərişəhər - Yaşayan tarix. Keçmişimiz gələcəyimizin təqdimatında

21 Aprel 2014-cü ildən başlayaraq 10 gün ərzində Bakıda yerləşən 5 məcburi köçkün məktəbində "İçərişəhər - Yaşayan tarix. Keçmişimiz gələcəyimizin təqdimatında" layihəsinin ikinci hissəsi olan "Məktəblərdə Biz" adlı, təqdimat xarakterli tədbir baş tutacaq.

Təqdimatın əsas məqsədi fərqli sosial təbəqələri təmsil edən, 7-9-cu sinif şagirdlərini bizim tarixi və mədəni irsimizin çox əhəmiyyətli hissəsini əks etdirən və təmsil edən İçəri Şəhər Kompleksi ilə yaxından tanış etmək və onlar üçün kiçik bir "məsafədə ekskursiya" təşkil etməkdir.

Bunun üçün maraqlı tarixi faktlarların ənənəvi təqdimat üsulu ilə yanaşı, öz innovativliyi ilə məşhur olan bəzi interaktiv vasitələrdən də istifadə ediləcək.

İştirakçıların yaşlarını nəzərə alaraq, onları dərsliklərdə rast gələ biləcəkları "adi" informasiyanı yox, onlara daha maraqlı ola biləcək tərzdə, konsepsiyada və kontekstdə bəzi, dərsliklərdən kənar qalan faktlarla tanış etmək istərdik.

Təqdimat əsasən aşağıdakıları əhatə edəcək:
- İlikin mərhələdə İçəri Şəhərin keçən əsrin əvvəlində çəkilmiş şəkillərinin fonunda (slide-show) ümumi tanışlıq;
- İçəri Şəhərin daha detallı öyrənilməsi. Bunun üçün tarixi abidə, qəhrəman, məkan barədə sual veriləcək, bu suala hətta nisbi olaraq cavab verəcək şəxs həmin obrazda olmağa dəvət ediləcək. Bu, hər obyektin şəklini əks etdirən mini lövhələr vasitəsi ilə həyata keçiriləcək. Belə ki, təqdimatın bu fazasının sonunda zalda uşaqların özlərinin formalaşdırdığı miniatür İçəri Şəhər formalaşacaq;
- İçəri Şəhər və xüsusi ilə də Qız Qalası barədə cizgi filminin nümayişi.
- İştirakçıların bu təqdimatda nə öyrəndiklərini yoxlamaq üçün şagirdləri 3 qrupa ayırıb təqdim olunmuş material barədə kiçik sual-cavab oyunu keçiriləcək. Hər doğru cavab üçün İçəri Şəhərin mozaik xəritəsinin bir hissəsi qalib qrupa veriləcək. Sonda xəritəni bərpa etmək lazım olacaq. Ən çox hissə yığmış qrup müəyyən hədiyyə və ya sertifikatla təltif olunacaq.

Ən sonda isə növbəti layihəyə hazırlıq olaraq şagirdlərə yenicə öyrəndikləri məlumatı nəzərdə tutaraq İçəri Şəhər barədə sərbəst mövzuda inşa yazmaları təklif olunacaq. İnşalar bir neçə gündən sonra yığılacaq və hər məktəbdən 2 nəfər olmaqla, onların içindən 10 seçilmiş şagirdin 3-nün, yeni çəkiləcək animasiya filminə nağıl ssenarini fikirləşmə şansı olacaq.