"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Şurasının növbəti iclası

11 fevral 2014-cü il tarixdə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçirilmişdir.

İclasın açılışında Gənclər və İdman Naziri Azad Rəhimov giriş sözü ilə çıxış etmişdir. Nazir müavini İntiqam Babayev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının iyul 2012 – dekabr 2013-cü il ərzində hər bəndin icrası ilə bağlı hesabatı təqdim etmiş, əldə olunmuş nailiyyətlər və çətinliklər haqqında məlumat vermişdir.Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva Dövlət Proqramının müvafiq bəndlərinin icrası məqsədilə həyata keçirilən “İstedadların hazırlığı laboratoriyası”Azərbaycanın “online fikir bankı” layihələri haqqında danışmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev 2013-cü ildə Fond tərəfindən həyata keçirilmiş işlərlə bağlı məlumat vermişdir. İclasda iştirak edən nümayəndələr arasında Dövlət Proqramının icrası ilə bağlı fikir mübadiləsi aparılmışdır.