"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Region gənclərinin informasiya-kommunikasiya texnologiyaları barədə maarifləndirilməsi.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi təşkilatçılığı ilə həyata keçirilən “Region gənclərinin informasiya-kommunikasiya texnologiyaları vasitələri və onların istifadəsi barədə maarifləndirilməsi” adlı layihənin icrası regionlarda uğurla davam edir. Layihənin yekun mərhələsi ilə əlaqədar keçirilən tədbirdə qeyd edilib ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəklədiyi layihənin əsas məqsədi region gənclərinin müasir texnologiyalardan istifadəsi sahəsində bilik, bacarıqlarının artırılması və maarifləndirmə işinin gücləndirilməsınə xidmət etməkdədir.

Tədbirdə çıxış edən natiqlər müasir cəmiyyətimizdə İKT-nin inkişafı və yeni innovasiyaların tətbiqi, ölkə siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsini xüsusi qeyd edərək, müasir dünyanın yeni çağırışlarını Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb etdiyini qeyd etdilər. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmaqdadır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədlərinin olması yüksək qiymətləndirilmişdir.

Layihəyə dəstək verən mütəxəssis və könüllülərin iştirak etdiyi tədbirdə qeyd edilmişdir ki, müstəqillik əldə etdikdən sonra qarşılaşdığımız ən mühüm məsələlərdən biri də regionda yaşayan gənclərinin informasiya-kommunikasiya texnologiyaları vasitələri və onların istifadəsi barədə maarifləndirilməsi ilə bağlı problemlərin həllinə onların aktiv və könüllü cəlb edilməsidir. Ölkədə davamlı və sürətli inkişafın olmasına baxmayaraq regionlarda gənclərin bu sahədə maarifləndirmənin təbliği və praktik tətbiqi zəif olduğu üçün cəmiyyətdə yeni effektiv düşüncə və təfəkkürün, mədəniyyətin formalaşması vacib vəzifələrindən biri kimi qarşıda durur. Ölkədə informasiya-kommunikasiya texnologiyaları vasitələri və onların istifadəsi barədə maarifləndirilməsi tədbirlərinin yüksəldilməsi üçün uşaqlar, məktəblilər, tələbələr, dövlət qulluqçuları, qeyri hökumək təşkilatları və əmək fəaliyyəti ilə məşğul olan fərdi sektorun nümayəndələri arasında əlaqələndirilmiş kütləvi maarif sisteminin yaradılmasına, onlarda İKT-dən səmərəli istifadə olunması vərdişlərinin aşılanması üçün fasiləsiz təhsil sisteminin qurulmasına, xüsusi ixtisaslaşdırılmış kurslara ciddi ehtiyac duyulur. Bilik və bacarıqların gələcəyə ötürülməsində ən aktiv qüvvə gənclər olduğu üçün onlara daha çox diqqət ayrılmalıdır. Regionda yaşayıb fəaliyyət göstərən gənclərimizin bu sahədə maariflənməsinə və inkişaf etdirilməsinə ehtiyac daha çoxdur. Davamlı inkişafın təmin edilməsi məsələləri region gəncləri üçün yeni bir istiqamətdir və bu biliklərə yiyələnmək onların gələcək fəaliyyətlərində peşəkarlığa doğru böyük addım olacaq. Tədbir qarşılıqlı fikir mübadiləsi və yekun mərhələnin təsdiqi ilə davam etmişdir