"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“İntellekt Günü” nün qalibi siz ola bilərsiniz

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclərin İntellektual İnkişafı Mərkəzinin təşkilatçılığı, National Geographic Azerbaijan, Park BulvarvəUnicef-in tərəfdaşlığı ilə keçirilən “İntellekt Günü” tədbirində hər bir intellectual gənci iştirak etməyə dəvət edirik.

Sentyabrın 13-ü saat 10:00-dan etibarən "Xəmsə" hər bir gənci "Park Bulvar"ın 1-ci mərtəbəsinin mərkəzində gözləyəcək.

Qeydiyyatdan keçməyə, komanda yığmağa ehtiyac yoxdur.Oyunlarda fərdi şəkildə iştirak etmək imkanı var. Sadəcə 13 sentyabr tarixində Park Bulvara gəlib oynaya bilərsiniz. Gəlmək yetərlidir.

Xəmsənin tanınmış simalarıoyunları aparacaq, bəzən iştirakçılarla da yarışacaqlar.

Təbii ki, hər bir iştirakçı mütləq kiçik də olsa Xəmsədən yadigar bir hədiyyə ilə mükafatlandırılacaq.

Sən də özünü Xəmsəçi hiss et!