"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“İşıqlı həyat”

Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə ötən ilin aprelindən başlayaraq ölkəmizdə ilk dəfə olaraq “Qaranlıqda görün” şüarı altında “İşıqlı həyat” sosialyönümlü layihəsini həyata keçirir.

İyunun 11-də Gənclər və İdman Nazirliyinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşəbbüsü ilə Bakı Modern Məktəbində layihənin növbəti - Nərimanov rayon mərhələsi başlamışdır.

Tədbirdə layihə rəhbəri Tuğay Kərimov, ATGTİ-nın sədri Şahin İsmayılov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov layihənin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, layihənin əsas məqsədi Azərbaycanda yeniyetmə və gənclərin xüsusən gecə saatlarında yol təhlükəsizliyinin təmin olunmasıdır.

Qeyd olunmuşdur ki, cari il ərzində orta məktəblərdə, küçələrdə və parklarda bir sıra maarifləndirici tədbirlər keçirilmiş, yeniyetmə və gənclərə Azərbaycan tarixini və milli mədəniyyətini əks etdirən müasir işıqqaytarıcı aksessuarlar paylanmışdır.

Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image