"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusi ilə təmas xətti yaxın rayonlardan olan uşaqların istirahətinin təşkili

Ölkə rəhbərliyinin tapşırığına əsasən, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusi ilə təmas xətti yaxın rayonlarından olan uşaqların istirahətinin təşkili nəzərdə tutulmuşdur.

Bu məqsədlə, 27 avqust-10 sentyabr 2014-cü il tarixlərində 120 uşağın Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin nəzdində olan Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yay düşərgəsi təşkil edilmişdir. Düşərgə əsasən Tərtər, Ağdam, Ağstafa, Goranboy və Tovuz rayonlarının Ermənistanla həmsərhəd kəndlərindən olan 10-16 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.


Flickr Image
Flickr Image
Flickr Image