"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

"Gənclər evi" fəaliyyət göstərən rayonlardan olan yaradıcı gənclər üçün kino operatoru, kino rejissoru və montajçi sənətləri üzrə təlimlər

İştirakçılar - Mingəçevir, Sumqayıt, Xəzər, Sabunçu, Suraxanı, Binəqədi, Qaradağ, Daşkəsən Gənclər evlərinin nümayəndələri.

Təlimçilər – praktiki fəaliyyət təcrübəsinə malik peşəkarlar

Treninqlərin sonunda iştirakçılar sertifikat ilə təltif olunacaqlar.

Rejissorlar üçün treninqlər

Treninqlər çərçivəsində dinləyicilər kino rejissorluğuna, kino dramaturgiyasının əsas elementlərinə, ssenarilərin yazılması prinsiplərinə dair baza bilikləri əldə edəcək, kino ssenarilərinin səciyyəvi xüsusiyyətləri və onların serial, televiziya verilişləri və sənədli filmlərin ssenariləri arasında olan fərqlərini öyrənəcəklər. Kino janrları, kinoda söz və dialoq, ekran versiyasının növ və nümunələri haqda maariflənəcəklər. Səhnə quruluşu, yaxın və uzaq planlar haqda informasiya veriləcək, bütün çəkiliş qrupunun koordinasiyasının alqoritmləri tədris olunacaqdır.

Video operatorlar üçün treninqlər

Treninqin proqramına kamera ilə işləməyin yalnız yaradıcı deyil, həmçinin texniki baxımdan tədrisi də daxildir. Treninq iştirakçıları keyfiyyətli çəkiliş əldə etmək üçün istənilən videokamera modelinin parametrlərini sazlamaq üsullarını öyrənəcəklər. Bundan əlavə açıq məkanda və studiyada da çəkilişlərin tədrisi planlaşdırılır.

Həmçinin, bizim mütəxəssislər keyfiyyətli video çəkiliş üçün istənilən əlavə çəkiliş avadanlığı haqqında məlumat verməyə də hazır olacaqlar.

Treninq zamanı çəkilişlər üçün ağ-qara, kölgəli və kölgəsiz işığın düzgün qurulması yolları öyrədiləcəkdir.

Video montaj üzrə treninq

Video montaj üzrə treninqlər müasir proqramları mənimsəmək, müxtəlif video materialın montajını etmək, istənilən xüsusi effektlərin, səs və digər manipulyasiya əməliyyatlarını həyata keçirmək istəyən dinləyicilər üçün nəzərdə tutulub. Video montaj kurslarının proqramı ixtisaslaşdırılmış studiyalarda peşəkar fəaliyyətin həyata keçirilməsini təmin edə biləcək nəzəri və təcrübi biliklərin əldə edilməsini nəzərə alır. Tədris müddətində dinləyicilər video montaj prosesini mükəmməl mənimsəmək üçün proqram materialları ilə tanış olacaqlar.

Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image

  "GƏNCLƏR EVI" FƏALIYYƏT GÖSTƏRƏN RAYONLARDAN OLAN YARADICI GƏNCLƏR ÜÇÜN KINO OPERATORU, KİNO REJİSSORU VƏ MONTAJÇI SƏNƏTLƏRİ ÜZRƏ TƏLIMLƏRin PROQRAMI (yüklə)