"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

"Azərbaycanı kəşf et" kitabının, eyniadlı dvd-kitab və internet saytının təqdimatı

14 noyabr 2013-cü il saat 15.00-da Four Seasons otelinin Segah zalında "Azərbaycanı kəşf et", “Explore Azerbaijan”, "Откройте для себя Азербайджан" kitablarının, eyniadlı multimediya (dvd-kitab) və internet saytının təqdimat mərasimi keçiriləcəkdir. "Azərbaycanı kəşf et" layihəsi Azərbaycan Respublikasının Prezidentinin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.7 yarımbəndinin (Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi) icrası məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdir. Layihə çərçivəsində hazırlanmış və özündə Azərbaycanın istisnasız olaraq bütün bölgələri və rayonları haqqında dolğun, eksklyuziv və maraqlı məlumatları əks etdirən kitab üç dildə (azərbaycan, ingilis və rus dillərində), multimedia təsvirli dvd-kitab isə unifikasiya olunmuş çox dilli vahid versiyada hazırlanıb.

Azərbaycanın bütün rayonlarını əhatə edən, məlumatlandırıcı, tanıdıcı və təbliğ edici mahiyyətli kitab və dvd-kitablarda məlumatlar qısa, qeyri-adi və cəlb edici şəkildə təqdim olunub. İstifadə olunan məlumatlar, video və foto vəsaitlər şəxsən müəllif tərəfindən 7 il ərzində toplanıb. Əksər məlumatlar ilk dəfə dərc olunur. Tarixi və coğrafi məlumatların icmalında 300-ə yaxın çap mənbəsindən istifadə olunub. DVD-də 86 peşəkar redaktə edilmiş video çarx və 1366 unikal foto təqdim edilib. Təklif olunan həcmdə və genişlikdə multimediya formatında məlumat indiyə qədər Azərbaycanda istehsal olunmayıb.

Qeyd edək ki, layihənin müəllifi jurnalist, televiziya və radio aparıcısı, yazıçı Aynur Talıbovadır. Aynur Talıbova 120-dən çox müəllif proqramları hazırlayıb, həmçinin “Bura Azərbaycandır” (ANS TV) və “Yol” (LiderTV) lahiyələrinin rəhbəri və müəllifidir. Gənclər və İdman Nazirliyinin "Gənclər Mükafatı"na (2005) və “Humay" mükafatına (2008) layiq görülüb.