"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Bakı şəhəri gəncləri arasında könüllülük hərəkatının təbliği

«Bakı şəhəri gəncləri arasında könüllülük hərəkatının təbliği» layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin sentyabr ayından Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.

Layihənin məqsədi Bakı şəhərinin Xəzər, Sabunçu və Suraxanı rayonlarındakı yeniyetmə və gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin onlar arasında könüllük hərəkatının təbliğindən ibarətdir. Fəaliyyətlər üzrə qarşıya qoyulan vəzifələr qeyd edilən ərazidə təhsil alan yeniyetmə və gənclər arasında könüllülük hərəkatı barədə geniş məlumatların yayılması, müvafiq könüllülər qruplarının formalaşması, onların könüllülük aksiyaları təşkil etməsi, formalaşmış könüllülər qruplarının yerli təşkilatlardakı fəaliyyətlə tanışlıq və onların işlərinə cəlb edilməsini əhatə edir.

Layihə çərçivəsində seçilmiş yeniyetmə və gənclər qrupuları üçün “Könüllülük haqqında məlumat”, “Könüllülük hərəkatının əsas üstünlükləri”, “Könüllülüyün cəmiyyətə töhfəsi”, “Ümumkönüllü bəyannaməsi”, “Könüllülü olmağın yolları”, “Könüllülüyün şəxsi karyera inkişafında rolu”, “Könüllülərin seçilm prinsipləri”, “Könüllülərin vəzifəsi və statusu” kimi mözvular tədris ediləcək. Təlimlərdən sonra hər seçilmiş təhsil ocağında könüllülük ilə əlaqədar təlimləri bitirən arasında daha fəal olanların iştirakı ilə seminarın təşkili planlaşdırılır.

Layihəni icrası zamanı təlimlərdə iştirak etmiş gənclərin yerlərdəki müfaviq təşkilat və qurumlara səfərləri təşkil ediləcək. Bu tip səfərlərin məqsədi təşkilat və qurumlarda könüllü kimi fəaliyyətlər ilə tanış olmaq, könüllülərin gündəlik işinə baxmaq, bu haqda məlumatın tətbiq edilməsini müşahidə etmək, könüllülərin fəaliyyəti haqqında digər vacib məlumatı toplamaqdı.

Qeyd etmək lazımdır ki, layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 6.5.9 yarımbəndində (Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi) nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlib.

Layihə 2013-cü ilin sonuna kimi davam edəcəkdir.