"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“Ümummilli Lider Heydər Əliyevin ideyaları və Azərbaycan gəncliyi”

30 aprel 2014-cü il tarixdə saat 11.00-da Gənclər və İdman Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirildi. Tədbirdən əvvəl iştirakçılar nazirliyin foyesində Ulu Öndərin büstünü ziyarət edib, önünə gül çələngi qoydular və konfrans açıq elan edildikdən sonra onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra gənclər və idman nazirinin müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov, nazirlik aparatının rəhbəri Fuad Hacıyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və “Hərbi and” qəzetinin müxbiri Arzu Məmmədova çıxış edərək, ulu öndərin Azərbaycan xalqının tərəqqisi, dövlətçiliyimizin inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi misilsiz işlərdən, onun xilaskarlıq missiyasından ətraflı danışdılar. Çıxış edənlər ölkədə gənclər siyasətinin formalaşması, gənclərin təşkilatlanması və onların vətənpərvərlik, dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında birləşərək, müstəqil dövlət quruculuğunda fəal iştirakını xüsusilə qeyd etdilər. Konfrans istirakçıları birmənalı olaraq Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını və onun həmişəyaşar ideyalarının həyata keçirilməsində ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək gələcək uğurlarımız naminə fəallıq göstərəcəklərinin qeyd etdilər. Tədbirdə Nərimanov rayonu üzrə Yeni azərbaycan Partiyası sıralarına qəbul olunmuş bir qurup gəncə partiya vəsiqələri təqdim edildi.

Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image