"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“Gənclərin məşğulluğunun təmin olunması” adlı layihə sona çatıb.


Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Şəms” Gənc Ailələrə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin məşğulluğunun təmin olunması” layihəsinin icrasına yekub vurulub. Layihənin əsas məqsədi rayonlarında yaşayan gənclər arasında peşəyönümlü istiqamətdə maarifləndirmə, onların necə işlə təmin olunması və işə müraciət qaydaları haqda marifləndirmə işləri aparmaqdır. Layihə Oğuz və Qəbələ rayonlarını əhatə edib. Layihə çərçivəsində gənclərə “İşsizlik nədir”, “İşsizliyin yaranma səbəbləri”, “İşə müraciət forması”, “CV yazma qaydaları” və s. kimi adlı təlimlər təlimçilər tərəfindən keçirilib. Layihə çərçivəsində təlimlər qrup işləri ilə aparılıb və iştirakçılara bukletlər paylanılıb.