"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Gənclərin Fərdi İnkişaf Akademiyası

Gənclərin fərdi inkişafına xidmət edən yeni layihə icra olunacaq “Odlar Yurdu” Gənclər İctimai Birliyi Gəncədə yeni layihənin icrasına başlayır.

“Odlar Yurdu” Gənclər İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin Fərdi İnkişaf Akademiyası” adlı yeni layihənin icrasına başlayır.

Layihənin əsas məqsədi gənclərin fərdi inkişafına nail olmaqla, onların gələcək fəaliyyətlərinin bütün sahələrində imkanlarının genişləndirilməsi, onlara vacib olan biliklərin mənimsədilməsi və onların formalaşmasına imkan yaratmaqdır.

Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə layihənin icrası müddətində 100 nəfər gənc seçilərək müxtəlif təlimlərdə, onların fərdi inkişafı və gələcək fəaliyyətləri üçün vacib olan mövzularda, peşəkar təlimçilər tərəfindən təlimləndiriləcək. Akademiya hər biri 3 gün keçirilməklə 2 müxtəlif məkanda 50 nəfəri əhatə edəcək. Layihənin gənclərə daha faydalı olması məqsədi ilə gənclərə tədris olunacaq mövzuları təyin etmək, gənclərin öyrənməyə ehtiyyac duyduqları istiqamətləri müəyyən etmək üçün layihə çərçivəsində sosial sorğu da həyata keçirilib. Layihənin icrası nəticəsində 100 gənc fərdi inkişaf sahəsində yeni biliklər əldə edəcəklər ki, həmin biliklər onların gələcək fəaliyyətlərinin bütün sahələrində onlara faydalı olacaqdır.Layihənin hədəf qrupu 18-29 yaş qrupunda region gəncləridir.

Layihənin hazırlıq mərhələsi ötən ilin 15 dekabr tarixindən etibarən başlanılıb. Fərdi İnkişaf Akademiyaları isə fevral ayının ilk ongünlüyünə təsadüf edəcəkdir. Layihənin sonunda gənclərə şəhadətnamələr təqdim olunacaq. Layihənin rəsmi açılış mərasiminin Gəncə şəhərində fevral ayının ilk həftəsi, gənclərin, rəsmi qonaqların, KİV nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulub.