"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Online fikir bankı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.8 yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi gənclər üçün yeni və unikal bir layihənin təqdimatını həyata keçirmişdir.

"Online fikir bankı" layihəsinin məqsədi gənclərin innovativ və kreativ potensialını ölkənin inkişafına yönəltmək, gənclər təşəbbüslərini təqdim etməklə onların bu bacarıqlarını stimullaşdırmaq, yeni ideyaların müzakirəsi və istifadəsi məqsədi ilə müəllif, ekspert və istifadəçilər üçün vahid virtual məkan yaratmaqdir. Qeyd etmək lazımdır ki, tədbir “İKT ili” tədbirləri çərçivəsində həyata keçirilirmişdir.

Təqdimatda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Nazir Müavini İntiqam Babayev, Millət Vəkili Fuad Muradov, Gənclər və İdman Nazirliyinin Gənclərlə İş şöbəsinin müdiri İndira Hacıyeva,Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Prezidentinin Müşaviri Rəhim Hüseynov,Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin Aparıcı Məsləhətçisi Etibar Umudov kimi məmurlar iştirak etmişdilər.

www.fikirbanki.az saytı hal-hazıda 12 əsas istiqamət üzrə ideyalar toplamağa hazırdir: Sosial xidmətlər, İqtisadiyyat, Təhsil, Media, Rabitə və telekommunikasiya, Tibb və sağlamlıq, Ətraf mühit, Milli-mədəni irs, Turizm, Mədəniyyət, Nəqliyyat və Əyləncə.

Yuxarıda qeyd olunan istiqamətlərdən əlavə saytda “Ayın qalibi” adlı xüsusi bölmə yaradılmışdır. Noyabr ayın qalibi Oruc Musayevin ideyası, işıq enerjisinə sərf edilən vəsaitin azadılması ilə bağlı piezoelektrikin istifadəsindən ibarət idi. Qalib öz ideyasını açıq şəkildə slayd formasında ifadə etdikdən sonra Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər və İdman Nazirin Müavini İntiqam Babayev tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılmışdır.

Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image