"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

"Online fikir bankı"nın qaliblərinin mükafatlandırılması mərasimi

03 mart 2014-ci il tarixdə Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi "Online fikir bankı"nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşı Lalə Həsənova "Online fikir bankı"ı haqda məlumat verərək bildirib ki, son 3 ay ərzində fəaliyyətə başlayan “Online fikir bankı”na gənclər tərəfindən 80-dən artıq ideya və təklif göndərilib: "Təkliflər nəticəsində 1500-dən artıq müzakirə və baxış olub".

O qeyd edib ki, “Online fikir bankı” nın həyata keçirilməsində əsas məqsəd gənclərin açıq şəkildə yeni ideya və təkliflərini online şəkildə təqdim etmək imanı qazanmalarıdır: "Bu layihə gənclərin fikirlərinin bir məkanda toplanaraq daha böyük müstəviyə yol açmasına şərait yaradır. “Online fikir bankı” 12 əsas istiqaməti özündə cəmləşdirir. Bunlar: sosial xidmət, iqtisadiyyat, təhsil, media, kommunikasiya və telekommunikasiya, səhiyyə və sağlamlıq, ətraf mühit, tarixi abidələr, turizm, mədəniyyət, nəqliyyat sistemi və əyləncədir".

Sonda "Bakı şəhərində parkinq xidmətinin elektronlaşdırılması” fikrinin müəllifi Eyvaz Alışov və "Vikipediyada olan boşluqlar" ideyasının müəllifi Elnur Əliyev diplom və dəyərli hədiyyə ilə mükafatlandırılmışlar.

Qeyd edək ki, qiymətləndirmə şurasının seçim istiqamətində əsas tələbi layihələrin innovativ olmaları, müəlliflik hüququnun qorunması, maliyyə tutumu cəhətdən mümkünlüyü və ideyanın tez bir zamanda gerçəkləşmə imkanının olmasıdır.