"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Kompyuter Oyunları üzrə IX Milli Çempionatın final mərhələsi

Kompyuter Oyunları üzrə Milli Assosiasiyanın məlumatına görə, 2014-cü il avqustun 9-10-da “Park İnn” otelində Kompyuter Oyunları üzrə IX Milli Çempionatın final mərhələsi keçirilib. Yarışlar Azərbaycan Kiberidman Federasiyasının və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunub.

Qeyd edək ki, builki çempionat aşağıdakı növlər üzrə keçirilib: FIFA`14 (fərdi 1х1), Dota 2 (komanda 5x5), Tekken Tag Tournament 2 (fərdi 1х1), Starcraft 2 (fərdi 1х1), Hearth Stone (fərdi 1х1), Super Street Fighter IV (fərdi 1х1).

Xatırladaq ki, çempionatın final mərhələsi Qusar, Şəmkir, Sumqayıt, Astara, Şəki, ağdaş və Ucar şəhərlərində keçirilən nümunəvi yarışlardan əvvəl təşkil olunub.