"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

2014-cü ilin "Gənclər Paytaxtı" Quba şəhəri seçildi.

2014-cü ilin "Gənclər Paytaxtı" Quba şəhəri seçildi. Qeyd edək ki, seçildiyi 1 il müddətində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verir.

Xatırladaq ki, 2012-ci ilin “Gənclər Paytaxtı” Gəncə şəhəri, 2013-cü ilin “Gənclər paytaxtı” isə Biləsuvar şəhəri seçilmişdir.Bu il "Gənclər Paytaxtı"nın seçimi ilə bağlı elan edilmiş müsabiqəyə namizədliyi irəli sürülmüş şəhərlərdən (rayonlardan) aşağıda adları göstərilən 15 şəhər (rayon) 2014-cü ilin "Gənclər Paytaxtı" adı uğrunda seçimlərə qoşulmuşdur: (Cəlilabad rayonu, Göygöl rayonu, Qax rayonu, Qazax rayonu, Qəbələ rayonu, Quba rayonu, Qusar rayonu, Lənkəran şəhəri, Mingəçevir şəhəri, Naxçıvan şəhəri, Sabirabad rayonu, Şamaxı rayonu, Şəki şəhəri, Şəmkir rayonu, Zaqatala rayonu.)

Qeyd edək ki, seçim www.genclerpaytaxti.az saytında internet səsverməsi vasitəsi ilə həyata keçirilmişdir. 23 yanvar 2014-cü il tarixdə start götürən səsvermə 1 fevral 2014-cü il tarixdə saat 23.59-da yekunlaşmışdır.