"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

“Gənclər Paytaxtı 2014” ün seçimlərinə start verilir.


Azərbaycanın "Gənclər paytaxtı"nın seçilməsi Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.5.5. yarımbəndinə müvafiq olaraq, müsabiqə yolu ilə həyata keçirilir.

Layihənin əsas məqsədi yerlərdə gənclərlə işin daha da canlandırılması, onların regionlarının ictimai, siyasi, mədəni həyatlarında rolunu və iştirakını inkişaf etdirməkdən ibarətdir.

Keçirildiyi müddət ərzində Gəncə şəhəri “Gənclər Paytaxtı 2012”, Biləsuvar rayonu isə “Gənclər Paytaxtı 2013” adına layiq görülmüşdür. Xatırladaq ki, "Gənclər Paytaxtı" 1 il müddətinə seçilir və müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir.

Azərbaycan Respublikasinin Gənclər və İdman Nazirliyinin təəşkilatçılığı ilə həyata keçirilən “Gənclər paytaxtı 2014” ün seçimlərinə artıq start verilir.

“Gənclər Paytaxtı 2014” müsabiqəsində namizəd olmaq istəyən şəhərin (rayonun) gənclər və idman idarəsi tərəfindən müsabiqənin Təşkilat Komitəsinə aşağıdakı sənədlər göndərilməlidir.

Sənədlər:

1. Namizədliyin irəli sürülməsi ilə bağlı ərizə/anket
2. Müvafiq şəhərin (rayonun) mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş dəstək məktubu;
3. "Gənclər Paytaxtı" konseptini əks etdirən video çarx (DVD formatı, 5-10 dəqiqə, ilk kadrda şəhər/rayonun adı) və ya təqdimat (PPT/PPTX formatı, 10-20 slayd, ilk slayda şəhər/rayonun adı);
4. Motivasiya məktubu ("Gənclər Paytaxtı" iddiasına dair yazılı əsaslandırma, A4 formatı, 1 vərəq).

Əlavə: Səsvermə siyahısı veb saytda dərc edildikdən sonra namizəd şəhər (rayon) tərəfindən "Gənclər Paytaxtı" konseptini əks etdirən təqdimat (PPT/PPTX formatı, 10-20 slayd, ilk slayda şəhər/rayonun adı) və ya çarx (DVD formatı, 5-10 dəqiqə, ilk kadrda şəhər/rayonun adı) Təşkilat Komitəsinə (elektron poçt ünvanına - mys@mys.gov.az ) təqdim edilməlidir.

Müsabiqənin şərtləri haqda daha ətraflı məlumatı www.genclerpaytaxti.az/layihe.htmlwww.genclerpaytaxti.az/2014.html səhifələrindən ala bilərsiniz.