"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

"Gənclər üçün Prezident mükafatı"

Bildiyiniz kimi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi, Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nailiyyətlərinin təşviq edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2 iyul 2013-ci il tarixli Fərmanı ilə "Gənclər üçün Prezident mükafatı" təsis edilmişdir.


Xatırladaq ki, mükafat ildə bir dəfə elm və təhsil, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələri üzrə, eləcə də ictimai fəaliyyət sahəsi üzrə fərqlənən istedadlı gənclərə verilir. Mükafat 10 000 (on min) manat məbləgində puldan, diplomdan, mükafatın nişanından və həmin nişanın vəsiqəsindən ibarətdir.

Bununla əlaqədər olaraq, 2013-cü ilin dekabr ayında Prezident Mükafatına təqdim olunan namizədlərin seçimi məqsədilə Ekspert Kommisiyası öz fəaliyyətinə başlamışdır. Qeyd edək ki, "Gənclər üçün Prezident Mükafatının Əsasnaməsinə" müvafiq olaraq Mükafata layiq görülmüş gənclərin 2 fevral 2014-ci il tarixdə Azərbaycan gəncləri günündə təqdim olunmuşdur.

Gənclər üçün Prezident Mükafatının ƏSASNAMƏSİ