"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Nazir Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək.

24 noyabr 2014-cü il tarixdə Gənclər və idman naziri Azad Rəhimov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək. Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinlərinin iştirak edəcəkləri qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində (Qəbələ şəh, 28 May küçəsi-40, Heydər Əliyev parkının yanı) baş tutacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 24-dək saat 09:00-dan, 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Qəbələ - 050-399-06-33
Balakən - 055-722-12-15; 051-886-55-66
Oğuz - 050(070)-394-94-04
Qax - 055(077)-365-25-00
Şəki - 055-605-00-00
Zaqatala - 050-382-78-13
İsmayıllı - 055-287-70-10; 050-453-22-33