"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “QHT-lərin İDarəetmə Akademiyası”nın (QİDA) Yaz Sessiyası çərçivəsində “Maliyyə Planlaması və Büdcələşmə” istiqaməti üzrə kurs başa çatmışdır.


“QİDA” Yaz sessiyası kursları ilkin olaraq “Maliyyə Planlaması və Büdcələşmə” və “Layihənin yazılması mexanizmləri” mövzularını əhatə etmişdir.

“Maliyyə Planlaması və Büdcələşmə” üzrə kurs ARGTMŞ ofisində həyata keçirilmiş, 12 nəfər gənclər təşkilatlarının rəhbər və işçi heyəti dinləyici qismində iştirak etmişdir. Təlim prosesində düzgün və effektiv maliyyə planları tərtib edilmiş, büdcənin növləri və səmərəli büdcələşdirmə sisteminin qurulması öyrədilmiş, istifadəyə hazır büdcə forması tərtib olunmuş və iştirakçılar təcrübi bacarıqlara yiyələnmişdir. Sonda iştirakçılar şəhadətnamələrlə təltif olunmuşlar.

Xatırladaq ki, Akademiyanın kursları 4 tədris bloku üzrə təyin olunaraq, hər bir bloku auditoriya fərqini nəzərə alaraq aşağıdakı təlim modullarına bölünmüşdür:

1. “QHT-lərin İdarəetmə Akademiyası” (“NGO management school”),
2. “Layihələrin İdarəetmə Akademiyası” (“Project management school”),
3. “Şəxsi və Peşəkar inkişaf Akademiyası” (“Personnel & Professional Capacity building School”)
4. “Seçmə Kursları” (“Electives”)

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “QHT-lərin İDarəetmə Akademiyası” QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq məqsədilə həyata keçirilir. QİDA Akademiyasının əsas məqsədi gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.