"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Bakı ilk dəfə olaraq Gənclər siyəsəti üzrə I Qlobal Foruma ev sahibliyi edəcək


28-30 Oktyabr 2014-cü il tarixdə Bakıda ilk dəfə 160 ölkədən 700-dən artıq iştirakçının qatılacağı Gənclər siyəsəti üzrə I Qlobal Forum gerçəkləşəcək.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində gerçəkləşən tədbirdə dünyanın 160 ölkəsindən parlament rəsmilərinin, gənclər siyasətinə məsul şəxslərin, gənclər təşkilatları rəhbərlərinin və s rəsmilərin iştirakı göslənilir.

60-a yaxın ölkənin nazir və nazir müavinləri iştiraklarını təsdiq ediblər.

Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, 2015-ci il üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrin təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzulardır.

Forumun 5 əsas tərəfdaşı- Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan Hökumətidir.

BMT-nin gənclər siyasəti üzrə elçisi Əhməd Əlhəndavinin Azərbaycana rəsmi səfəri zamanı Forumun ölkəmizdə keçirilməsi üzrə razılığa gəlinmiş və hazırlıq işlərinə başlanılmışdır.

Foruma dünyanın müxtəlif ölkələrindən çox böyük maraq var. Son məlumatlara əsasən forumda iştirak üçün 4705-dən artıq müraciət daxil olmuşdur. Facebook şəbəkəsində 10 000, twitter-də isə Forumun 1000-dən artıq bəyənib, izləyəni var.