"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Qlobal Forumun rəsmi qonaqlarından biri Törbyorn Yaqland olacaq

28-30 Oktyabr 2014-cü il tarixdə Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Gənclər siyəsəti üzrə I Qlobal Foruma Avropa Şurasının Baş KatibiTörbyorn Yaqland da qatılacaq.

Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi foruma 700-dən artıq iştirakçının gəlişi gözlənilir.

Forumda 200 gənc elan əsasında seçilənlərdir ki, bu günə qədər bu yerlər üçün 174 ölkədən 4705 müraciət daxil olub.

200 iştirakçı nazirlər, nazir müavinləri və dövlət nümayəndələridir.

Digər 200 iştirakçı isə QHT –nın nümayəndələri olacaq. Forumda 100 ekspertin də iştirakı nəzərdə tutulub.

Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzulardır. Forumda eyni zamanda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur.

Bunula yanaşı Forum çərçəvisində regional görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması əsas istiqamətlərdən biri olacaq.

Qeyd edək ki, Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Gənclər siyəsəti üzrə I Qlobal Forumla bağlı markanın dizaynı işlənib hazırlanmış və qısa müddətdə çapı nəzərdə tutulmuşdur.