"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Hindistan səfəri

Ötən ilin dekabr ayından “Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyədəstəyi ilə "Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitiyasına ictimai dəstək" adlı layihənin icrasına başlamışdır.

Əsas məqsədi çəzaçəkmə müəsssələrindən azadlığa çıxmış gənclərin sosial adaptasiya prosesinə kömək olan layihələrdə son iki ayda həyata keçirilən tədbirlər nəticəsində müxtəlif sosial qrupları təmsil edən gənclər iştirak edib.

Layihə çərçivəsində təlimlər və maarifləndirmə tədbirləri həyata keçirilib. Həmin tədbirlərdə iştirakçılara cəzaçəkmə müəssisələrindən azad edildikdən sonra hüquq və vəzifələri barədə biliklər, qarşılaşdıqları sosial məsələlərin həlli istiqamətləri üzrə məsləhətlər və hazırda ölkədə icra olunan zərərin azaldılması proqramlarında iştirak və faydalanması barədə layihə ekspertləri tərəfindən məlumatlar verilib.

Layihənin icrası müddəti ərzində qeyd edilən tədbirlərin keçirilməsi ilə yanaşı icraçı təşkilatın sosial işçiləri, psixolaqları və hüquqşunasları cəzaçəkmə müəssisələrində, elecədə keçmiş məhbus gənclərə ehtiyac əsaslı məsləhətlərin verilməsini təmin ediblər. Layihə tədbirləri nəticəsində qrupa aid gənclərin əsas problemlərinin işsizlik, sənədlərin bərpası və müalicələrinin davam etdirilməsi məlum olmuşdur.

Layihənin effektivliyi artırmaq üçün icraçı təşkilat layihə iştirakçılarına aidiyyati maarifləndirmə materialları paylamaşdır.

Sözügedən layihə cari ilin fevral ayının sonuna qədər davam edəcəkdir.