"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Gənc Alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası

16-20 sentyabr 2013-cü il tarixlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti tərəfindən Gənc Alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası keçirilir.

Gənc Alimlərin III Respublika İnnovativ İdeya YarmarkasıAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.2 (“Gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması”) bəndinin icrası məqsədilə həyata keçirilir.

İnnovativ İdeya Yarmarkasının “Elmi gəncliyə sərmayə - Gələcəyə sərmayə” adı altında keçirilmiş açılış mərasimi 16 sentyabr tarixdə “Hilton” mehmanxanasında baş tutmuşdur. Açılış mərasimində dövlət qurumlarının nümayəndələri, gənc alim və tədqiqatçılar iştirak etmişlər.

Qeyd edək ki, Gənc Alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası 20 sentyabr 2013-cü il tarixədək “Olimpik” İdman və İstirahət Kompleksində davam edəcəkdir.