"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Nurlu Sabah Uşaq – Gənclər Təşkilatından növbəti sağlamlıq tədbiri

“Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İB Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərin sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirilməsi” adlı layihənin növbəti mərhələsində Quba Gənclər Mərkəzində yeniyetmə və gənclərlə görüş keçirib.

Görüşdə təşkilatın sədri Ramin Xudayev, Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, Gənclər Mərkəzinin direktoru Rəxşəndə Bayramova və digər rəsmi şəxslər iştirak edirdi. Tədbirə eyni zamanda ictimai təşkilatların da rəhbərləri və Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan gəncləri də qatılıb.

Tədbiri giriş sözü ilə təşkilatın sədri Ramin Xudayev açaraq layihə haqqında və onun gedişi barədə geniş məlumat verdi. Rəsmi şəxslərin çıxışlarından sonra iştirakçılar çay süfrəsi arxasında səmimi söhbət etdilər. Daha sonra bir qrup seçilmiş gəncə sağlamlıq sahəsində təlim keçirildi. Xatırladaq ki, bu təlimlər eyni zamanda Qusar və Xaçmaz rayonlarında da təşkil olunmuşdur.