"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Azərbaycan III Afrika-Avropa Gənc Liderlər Sammitində təmsil olunmuşdur.


30 mart - 2 aprel tarixlərində Belçikanın paytaxtı Brüsseldə "III Afrika-Avropa Gənc Liderlər Sammiti" keçirilmişdir. Baş tutan tədbirdə Afrika və Avropanın 70 ölkəsinin gənclər təşkilatlarından 100 gənc regional və qlobal problemlər haqda müzakirələr edmişdilər.

Əsas məqsədi Afrika-Avropa əməkdaşlığında gənclərin aktiv iştirakını təmin etmək və strateji tərəfdaşlığı inkişaf etdirməkdən ibarət olan bu Sammit “İnsanlar, rifah və Sülh” mövzusu altında həyata keçirilmiş, Birləşmiş Afrika-Avropa Strategiyasının qaydaları əsasında gənclərin inteqrasiyasının gücləndirilməsinə yönəldilmişdir.

Azərbaycanı bu sammitdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Ramiz Əliyev təmsil edmişdir.

Hər iki qitədən qatılan gənc liderlər əsasən gələcək nəslin üzləşəcəyi problemlərin müəyyənləşməsi və müzakirəsində iştirak ediblər. Gənc liderlərin müzakirə etdikləri əsas mövzular “Liderlik”, “Gənclərin məşğuliyyəti” və “Sülh üçün gənclik” olmuşdur.

Tədbirin nəticəsi olaraq gənclər Afrika-Avropa əməkdaşlığı çərçivəsində layihələr, təkliflər irəli sürmüş, hər iki qitənin gənclər və gənclər təşkilatlarının imkanlarını müzakirə etmiş, qərarlar qəbul etmişlər. Qəbul edilən qərarlar 03-04 aprel 2014-cü il tarixində baş tutan Afrika-Avropa ölkə rəhbərləri Sammitində səsləndirilmişdir.

Bildirək ki, III Afrika-Avropa Gənc Liderlər Forumu Avropa Gənclər Forumu, Pan Afrika Gənclər Birliyi, Avropa Şurasının Məşvərət Şurası, Afrikada aktiv Beynəlxalq Gənclər Təşkilatları Şəbəkəsi (NIYOA) və Avropa Afrika Diaspora Gənclər Şəbəkəsi (ADYNE) tərəfindən idarə olunur.