"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

19-25 avqust 2014-cü il tarixdə Rusiyanın gənc jurnalistlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

Səfər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Rusiyanın aparıcı ali məktəblərinin - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbə təşkilatları tərəfindən təşkil edilmişdir. Səfərin başlıca məqsədi Rusiya jurnalistlərinin gənc nəslini Azərbaycan KİV-ləri ilə, respublikanın ictimai təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə tanış etmək olmuşdur.