"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Azərbaycan ŞHK Liqası mövsümünün açılışı Bakıda

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 16 may 2014-cü il tarixdə ŞHK üzrə Azərbaycan ŞHK Liqası Mövsümünün Açılışı, eyni zamanda 1/8 Final mərhələsi keçiriləcək.

Oyunda aşağıda adları çəkilən xarici komandalarla yanaşı, milli komandalar da yarışacaq:
Banket aparıcılarının Yığması (Rusiya, Kazan); Çeçenistan Respublikasının Yığması (Rusiya);
Estoniya Yığması (Estoniya);
Dağıstan Yığması (Rusiya);
Qırğızstan Yığması (Qırğızstan);
SV (Qazaxstan);
Xabarovsk vilayətinin Yığması (Rusiya);
Sərbəst güləş üzrə MDB Yığması (Rusiya);
Bakı Yığması (Bakı şəhəri);
Avtobus nömrə 7 (Sumqayıt şəhəri);
Zapad (Qərb Universiteti);
Kuraj (Bakı Slavyan Universiteti);
Miraj (Bakı Slavyan Universiteti);
Çak Norris (Azərbaycan Memarlıq və İnşaat Universiteti);
Fleş Royal (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı);
Azərbaycan Dillər Universitetinin Yığması (Azərbaycan Dillər Universiteti);
Bakı Dövlət Universitetinin Yığması (Bakı Dövlət Universiteti);
İqtisad Universitetinin Yığması (Azərbaycan Dövlət İqtisad Universiteti);
Abşeron KVN komandası (Bakı şəhəri).